Azərbaycan taekvondoçusu Pünhan Mürsəlov Avropa birinciliyində bürünc medal qazanıb.
"Football-plus.az" saytının məlumatına görə, 45 kq çəkidə mübarizə aparan idmançı Bosniya və Herseqovinada gənclər arasında keçirilən yarışın ilk günündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, almaniyalı və moldovalı rəqibinə qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Finala gedən yolda isə rusiyalı taekvondoçuya məğlub olan Mürsəlov bürünc medalla kifayətlənib.