"Mançester Siti" Harri Keyni sıralarına qatmaqda israrlıdı.
"Football-plus.az" saytının məlumatına görə, yerli mətbuat bu haqda xəbər yayıb. Mançester təmsilçisi hücumçu üçün yeni təklif göndərməyə qərar verib. Lakin "Tottenhem" Keyni buraxmaq istəmir. "Siti" qarşı tərəfə 150 milyon sterlinq ödəməyə razı olduğunu bildirib.
Qeyd edək ki, "Mançester Siti" yayda ingiltərəli oyunçunun keçidini həll etməyə çalışsa da, "Tottenhem" buna mane olmuşdu.