Serxio Aquero dərin düşüncələrə dalıb: o, tezliklə futbolla vidalaşa bilər.
İspaniya mənbələri ürəində problem yaranan argentinalı futbolçunun durumunun gözləniləndən də ciddi olduğunu xəbər verib. Həkimlər 33 yaşlı hücumçuya bir daha meydana qayıtmamaqla bağlı xəbərdarlıq ediblər. Əks halda “Barselona”nın oyunçusunun səhhətində daha ciddi problemlər ortaya çıxa bilər.
Xatırladaq ki, o, İspaniya çempionatının oktyabrın 30-da keçirilən “Barselona” – “Alaves” matçında (1:1) sona qədər oynaya bilməmişdi. Ev sahiblərinin təcrübəli oyunçusu 41-ci dəqiqədə əvəzlənmişdi. Sinəsində narahatlıq hiss edən futbolçu tənəffüs etməkdə çətinlik çəkdiyi üçün həkimlərin ilk yardımına ehtiyac duymuş və az sonra tibbi protokol qaydalarına uyğun olaraq xəstəxanaya aparılmışdi. İspaniya mənbələri Serxionun kiçik takixardiya (ürək döyüntüsünün dəqiqədə təxminən 180-240 zərbə vurması) problemi ilə üzləşdiyini xəbər vermişdi. Klubun rəsmi saytının yaydığı xəbərdə onun bərpa prosesinə görə azı 3 ay yaşıl meydana çıxa bilməyəcəyi bir daha qeyd edilib. Aquero bu müddətdə müalicə olunacaq və onun sıraya dönməsi ürəyinin bərpa dinamikasından asılı olacaq.
Qeyd edək ki, “Barselona”ya bu yay gələn Serxio zədəsini yenicə sağaltmışdı. Bu səbəbdən La Liqada yalnız 4 oyun keçirən futbolçu karyerasını tezliklə başa vura bilər.
Aquero hazırkı durumu ilə bağlı “tvitter” hesabına bu cümlələri yazıb: