“Sumqayıt”ın akademiyası klubun rənglərinə uyğun tam komplekt idman geyimləri ilə təmin olunub.
“Football-plus.az” saytının məlumatına görə, geyimləri klubun prezidenti Riad Rəfiyev və vitse-prezident Aydın Xəlilov təqdim edib.
Qeyd edək ki, "Sumqayıt" Futbol Akademiyasında 300-dən çox gənc futbolun sirlərini öyrənir.