Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə səfərdə qolsuz heç-heçəyə razılaşıb.
“Football-plus.az” saytının məlumatına görə, hakimin final fitindən sonra meydana bir kiçikyaşlı azarkeş daxil olub və Kriştiano Ronaldoya yaxınlaşaraq, formasını istəyib. “Mançester Yunayted”in ulduzu sevincindən ağlayan qızın arzusunu yerinə yetirib.
Qeyd edək ki, Portuqaliya millimizin yer aldığı qrupda 17 xalla liderdi.