Bu gün Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, toplantıda bu qərarlar qəbul olunub:
1. “Sumqayıt” tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. AFFA İntizam Komitəsinin 29.10.2021-ci il tarixində “Sumqayıt”ın oyunçusu Murad Xaçayev və klub barədə verdiyi qərar qüvvədə saxlanılsın.
Qeyd edək ki, Murad Xaçayev 8-ci turun “Sabah”a qarşı görüşündə aqressiv hərəkətə görə meydandan qovulmuşdu. İntizam Komitəsi isə onu 5 oyun cəzalandırıb, klubunu 4000 manat cəzalandırmışdı.