Bu gün Sloveniyanın Terme Kates şəhərində şahmat üzrə kişi və qadınlar arasında Avropa çempionatı start götürüb.
“Football-plus.az” saytının məlumatına görə, kişilərin yarışına 38, xanımların mübarizəsinə isə 30 ölkənin yığması qoşulub. İsveçrə sistemi üzrə keçirilən çempionat 9 turdan ibarətdi.
Kişilərdən ibarət millimizin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Nicat Abasov və Qədir Hüseynov yer alıb. Kapitan funksiyasını Eltac Səfərli yerinə yetirir. Üçqat Avropa çempionu olan komandamız favoritlər arasında 2717 əmsalla ikincidi.
Fikrət Hüseynzadənin kapitanı olduğu qadılnlardan ibarət yığmanın şərəfini Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gövhər Beydullayeva qoruyur. Komanda 2383 əmsalla beşincidi.
Bu gün 1-ci tur çətçivəsində kişilərdən ibarət komandamız İtaliya, qadın millimiz isə Türkiyə ilə qarşılaşacaq.