Radamel Falkaonun uzun müddətə sıradan çıxması klubunun onunla bağlı planına təsir etməyib.
Təcrübəli futbolçu İspaniya çempionatının “Real”la son matçında (1:2) zədələnmişdi. Həkimlər müayinə nəticəsində “Rayo Valyekano”nun hücumçusunun təxminən 3-4 həftə futbolsuz qalacağını ehtimal edirlər. Son xəbərdə klubunun onunla müqaviləni tezliklə yeniləyəcəyi bildirilir. Falkao artıq rəhbərliklə bu mövzuda razılığa gəlib və yaxın zamanda müddəti 2023-cü ilə qədər nəzərdə tutulan sözləşməyə qol çəkəcək.
Xatırladaq ki, Radamel İspaniya klubuna bu yay “Qalatasaray”dan gəlib və azad agent kimi birillik müqavilə bağlayıb. 35 yaşlı kolumbiyalı futbolçu La Liqanın cari mövsümündə iştirak etdiyi 8 oyunda 5 qol vurub.