Deyəsən, Xavi Ernandesin dönüşündən sonra “Barselona”nı hələ çox işçi tərk edəcək.
Baş məşqçi vəzifəsinə təyinat alan 41 yaşlı mütəxəssis ilk addım kimi fəaliyyətlərindən narazı olduğu komandanın fizioterapevti ilə fiziki hazırlıq üzrə məşqçisini işdən azad etmişdi. Ramon Planes də klubu tərk edəcək. Rəhbərlik onun texniki katib vəzifəsindən getməsinə razılıq verib.
Bu xəbəri jurnalist Fabritsio Romano yayıb. Onun dediyinə görə, Planes məhz Xavinin təyinatına etiraz əlaməti kimi postunu tərk etməyi lazım bilib. Xatırladaq ki, onunla müqavilə yaxında 2 illiyə yenilənmişdi.