Noyabrın 12-də Dubayda baş tutacaq karate üzrə Dünya çempionatında iştirak edəcək iştirak edəcək idmançılarımız müəyyən olub.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda federasiyanın rəsmi saytı xəbər paylaşıb.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 22 idmançı yer alacaq. Onlardan 5 nəfəri Para-Karate üzrə Dünya çempionatında iştirak edəcək.

Kişilərdən ibarət kumite milli komandasının baş məşqçisi Qurban Tağıyev, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov Əminağa Quliyevi (60 kq), Tural Ağalarzadəni (67 kq), Rafael Ağayevi (75 kq), Pənah Abdullayevi (84 kq) və Asiman Qurbanlını (+84 kq), eləcə də komanda yarışlarında Turqut Həsənovu, Rafiz Həsənovu və Tural Ələkbərlini müşayiət edəcək. Komanda çıxışlarında T.Ağalarzadə, R.Ağayev, P.Abdullayev və A.Qurbanlı da iştirak edəcək.

Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əiyevanı (50 kq), İlahə Qasımovanı (55 kq), Ayla Rzazadəni (61 kq), İrina Zaretskanı (68 kq) və Fəridə Əliyevanı (+68 kq) müşayiət edəcək. Onlardan N.Əliyeva, İ.Qasımova, İ.Zaretska və F.Əliyeva komanda yarışlarında da mübarizə aparacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə Roman Heydərov fərdi yarışlara, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev komanda çıxışlarına, Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mtilinova isə Para-Karate çempionatına qatılacaq.

Dünya çempionatına yola düşən heyətdə Vitse-prezident Rəhman Hətəmov, Texniki direktor Oqtay Məmmədov, katibə Bikə Qurbanova, Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, beynəlxalq hakimlərdən Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev də var. A.Allahverdiyev və R.Əliyev dərəcələrini artırmaq üçün Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahan verəcək.

WKF-in Texniki komissiyasının üzvü Yaşar Bəşirov 14 Noyabrda qurumun iclasında, ertəsi gün isə təşkilatın Konqresində iştirak edəcək. 16-21 Noyabr tarixlərində böyüklərin 25-ci Dünya çempionatına 117 ölkədən 1054 karateçi, 21 Noyabrda Para-Karate üzrə Dünya çempionatına isə 21 dövlətdən 81 idmançı qatılacaq. Dünya çempionatının rəsmi açılış mərasimi 19 Noyabrda, bağlanış mərasimi 21 Noyabrda olacaq. Milli komanda ayın 22-də vətənə dönəcək.

Son xəbərlər

Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

"Xarakter göstərdik"

Muravski: "Bizim üçün vacib olan kritik anda ayağa qalxmaq və hücum etmək idi"

"Neftçi" Boluda ilk matçına çıxır - YENİLƏNİR

"Qarabağ"ın məğlub olduğu oyun - VİDEO

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

Bütün xəbərlər