DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Lüksemburq oyunu öncəsi mətbuat konfransında qonaq komandanın baş məşqçisi Lük Holts iştirak edib.
"Football-plus.az" saytının məlumatına görə, rəqibin çalışdırıcısı qarşılaşma haqda fikirlərini səsləndirmədən jurnalistlərin suallarını cavablandırdı...
- 6 xal toplamısız. Bu, sizin üçün uğurdu, yoxsa uğursuzluq?
- Bu, bizim üçün uğurdu. Azərbaycan və Lüksemburq qrupda favorit deyillər. Başlayanda bunu bilirdik. 4-cü yer uğrunda mübarizə aparacağımızı düşünürdük. Hazırda 3-cüyük. Bunu qoruyub saxlamağı düşünürük.
- Sabahkı matçdan nə gözləyirsiz?
- Bu matçdan Millətlər Liqasındakı oyuna hazırlıq məqsədi ilə istifadə edəcəyik. Heytdə dəyişikliklər olacaq. Bəzi gənc futbolçulara şans verəcəyik.
- Millətlər Liqasında Azərbaycanla qarşılaşmışdız. Hazırkı Azərbaycanla həminki yığmanı necə müqayisə edə bilərsiz?
- Bu, uzun müddət əvvəl idi. 2 il əvvəl baş verənlər artıq bizim gerimizdə qalıb. Bu gün baş verənlərə baxırıq. 2 ay əvvəl öz meydanımızda Azərbaycana qalib gəlmişdik. Düşünürəm ki, layiqli qələbə idi. Sabahkı oyun üçün kifayətqədər motivasiya var. Mövqeyimizi qorumaq itəyirik. Komandada stress yoxdu.
- Azərbaycan millisində xüsusi fərqləndirəcəyiniz və ona qarşı tədbir hazırladığınız futbolçu varmı?
- Azərbaycan millisində fərdi oynamağı bacaran güclü futbolçular var. Sabahkı oyunda ümid edirik ki, onlara mane ola biləcəyik.