"Atletiko" ciddi itki ilə üzləşib.
"Football-plus.az" saytının məlumatına görə, klubun müdafiəçisi Kiran Trippyer zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İspaniya çempionatının 13-cü turunun “Valensiya” ilə səfər matçında (3:3) zədələnən ingilis futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.