''Qalatasaray'' avrokuboklarda növbəti 2 səfər oyununu azarkeşsiz keçirmək məcburiyyətində qalacaq!
Buna səbəb klubun fanatlarının ''Marsel'' səfərində fişəng yandırması və meydana yad əşyalar atması olub. Xatırlayırsızsa, sentyabrın 30-da AL-in qrup mərhələsi çərçivəsində ''Velodrom''da oynanılan və qolsuz bərabərliklə başa çatan həmin gərgin qarşılaşma hər iki komandanın azarkeşləri üzündən bir neçə dəfə dayandırılmışdı. Amma qarşı tərəfin türkiyəli fanatları təxribata sürükləməsi təbii ki, UEFA-ya maraqlı gəlmədi. Həmişə müsəlman günahkar olduğu kimi UEFA bu məsələdə də ''Qalatasaray'' fanatlarını günahkar bildi! Tribunada PKK terror qruplaşmasının bayrağını açan tərəfə heç bir cəza verilmədi! Əslində UEFA İstanbul nəhənginə bu cəzanı hələ oktyabrın 18-də vermişdi. Sadəcə klub bu qərara etiraz etdiyindən məsələ uzanmışdı. Amma ''sarı-qırmızılar''ın etirazı ləğv olunub və qərar qüvvədə qalıb. Bundan başqa ''Qalatasaray'' 50 min avro para cəzası və kompensasiya kimi ''Marsel''ə daha 8 min avro ödəməli olacaq. ''Cim-Bom'' AL-də növbəti səfər oyununu dekabrın 9-da ''Latsio''ya qarşı keçirəcək. Həmin oyunda rəqib fanatlar üçün ayrılan sektora bilet satılmayacaq.