Azərbaycan millisi Qətər ilə yoldaşlıq görüşü keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, rəqibin heyətində itki baş verib. Komandanın kapitanı Hasan Al-Haydos zədələndiyi üçün millinin düşərgəsini tərk edib. O, noyabrın 11-də Serbiya ilə, 14-də Azərbaycan ilə görüşü buraxmalı olacaq.
Qeyd edək ki, Azərbaycan - Qətər matçı saat 21.00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.