
Yığma
192
10.11.2021, 10:50
Millimiz mübarizəyə başlayır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, yığma Bakı vaxtı ilə saat 21.00-da Lüksemburqda keçiriləcək oyunda Belçika ilə qarşılaşacaq. Görüşü Bosniya və Herseqovinadan olan hakim idarə edəcək:
Baş hakim: LUKA BİLBİYA.
Baş hakimin köməkçiləri: Aleksandar Smilyanic (Bosniya və Herseqovina), Dani Dias Balsa (Lüksemburq).
Dördüncü hakim: Sedrik Biever (Lüksemburq).