Deyəsən, Serxio Ramosun ağır günləri birdəfəlik arxada qalıb.
"Football-plus.az" saytının məlumatına görə, PSJ-nin təcrübəli futbolçusu, nəhayət ki, zədəsini sağaldıb. 35 yaşlı müdafiəçi bu gün komanda ilə ümumi məşqdə iştirak edib.
Bu yay PSJ-yə “Real”dan keçən Serxio zədədən əziyyət çəkdiyi üçün hələ də yeni komandasında rəsmi debüt etməyib. Onun uzun müddət kənarda qalması hətta müqaviləsinin pozula biləcəyi haqda şayiələrə yol açmışdı. Xatırladaq ki, dünya və Avropa çempionu olan Ramos PSJ-yə azad agent kimi keçib.