
Dünya futbolu / MARAQLI
201
9.11.2021, 19:43
A seriyasında oktyabr ayında hamını qabaqladı
İtaliya çempionatında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, bu nominasiyanın qalibi Covanni Simeone olub. “Verona”nın hücumçusu ötən ay A seriyasında iştirak etdiyi 5 oyunda 7 qol vurmuşdu. “Latsio” ilə matçda (4:1) poker edən Simeone “Yuventus”u məğlub etdikləri oyunda (2:1) dublla yadda qalmış, “Spetsiya”nın (4:0) qapısına isə bir dəfə yol tapmışdı.
Qeyd edək ki, Covanni “Atletiko”nu çalışdıran Dieqo Simeonenin oğludu. 26 yaşlı argentinalı hücumçu bu mövsüm A seriyasında 10 oyuna 9 qol vurub və 1 məhsuldar ötürmə verib.