
Dünya futbolu
182
9.11.2021, 17:49
Falkao “istirahət”ə yollandı
Radamel Falkao uzun müddətə sıradan çıxıb.
Təcrübəli futbolçu İspaniya çempionatının “Real”la son matçında (1:2) zədələnib. 69-cu dəqiqədə meydana çıxan Falkao 81-ci dəqiqəyə qədər oynaya bilib. Həkimlər müayinə nəticəsində “Rayo Valyekano”nun hücumçusunun təxminən 3-4 həftə futbolsuz qalacağını ehtimal edirlər.
Radamel İspaniya klubuna bu yay “Qalatasaray”dan gəlib. 35 yaşlı kolumbiyalı futbolçu La Liqanın cari mövsümündə iştirak etdiyi 8 oyunda 5 qol vurub.