SOCAR-ın "Universitatya Kluj"a sponsorluq etməsi çoxlarınının təəccübünə səbəb olmuşdu.
Axı böyük bir şirkət ikinci liqada çıxış edən klubla niyə əməkdaşlıq etsin? Üstəlik, anlaşmanın detalları ilə bağlı bu günədək məlumat verilməyib.
"Football-plus.az" saytı olaraq, müəyyən bilgi əldə etmək üçün Rumıniya təmsilçisinin keçirdiyi görüşlərdə SOCAR-ın "iz"ini axtarmağa çalışdıq. Komandanın oyun formasında SOCAR yazısına rast gəlmədik. Üzərində şirkətin adı yazılan qara parça stadionda, sadəcə, bir yerdə asılıb. Daha dəqiq desək, qapının arxasında, özü də səliqəsiz şəkildə. Həmçinin "Universitatya Kluj"un rəsmi saytında sponsorlar arasında SOCAR-ın adı da qeyd olunub.
Qeyd edək ki, “Universitatya Kluj”un əsası 1919-cu ildə qoyulub. Komanda hazırda Rumıniyanın 2-ci liqasında mübarizə aparır.
Şəkilləri sizə təqdim edirik: