DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi Lüksemburqu qəbul edəcək.
"Football-plus.az" saytının məlumatına görə, noybarın 11-də, saat 21.00-da, Bakı Olimpiya Stadionunda stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyununu idarə edəcək hakimlər açıqlanıb. Matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim: MANUEL ŞÜTTENQRUBER.
Baş hakimin köməkçiləri: Roland Brandner, Robert Ştaynaxer.
Dördüncü hakim: Yulian Vaynberger.
VAR hakimi: Harald Lexner.
VAR köməkçi hakim: Sebastyan Gishamer.