İdman biznesi üzrə ixtisaslaşan “Sportrico” nəşri bütün dövrlərin ən yüksək ödənişli 25 idmançısının siyahısını hazırlayıb.
Bu nəşrin reytinqi insayderlərlə söhbətlərə, öz tədqiqatlarına “Forbes” də daxil olmaqla başqa media qurumlarının yaydığı informasiyalara əsaslanır. Hər idmançının qazancı əməkhaqqı, mükafatlar, reklam müqavilələri, lisenziyaya görə ödənişlər və s. əsasında formalaşır.
“Sportico” karyerasını bititənlər üçün də bu il iyunun 1-nə qədər qazandıqlarını gəlirlərə əlavə edib. Qolfçu Albert Palmerlə basketbolçu Kobe Brayantın öldüyü ana ana qədərki qazancı nəzərə alınıb.
“Top-25”də olan 8 idman növü təmsilçilərinin ümumi gəliri 25,5 milyard təşkil edir.
1. Maykl Cordan (basketbol) - 2,62 milyard dollar
2. Tayger Vuds (qolf) - 2,1 milyard
3. Arnold Palmer (qolf) - 1,5 milyard
4. Cek Niklaus (qolf) - 1,38 milyard
5. Kriştiano Ronaldo (futbol) - 1,24 milyard
6. Floyd Meyvezer-kiçik (boks) - 1,2 milyard
7. Lebron Ceyms (basketbol) – 1,17 milyard
8. Lionel Messi (futbol) - 1,14 milyard
9. Mihael Şumaher (avtoyarış) - 1,13 milyard
10. Rocer Federer (tennis) - 1,12 milyard
11. Fil Mikelson (qolf) - 1,08 milyard
12. Devid Bekhem (futbol) - 1,05 milyard
13. Kobe Brayant (basketbol) - 930 milyon
14. Şakil O′Nil (basketbol) - 870 milyon
15. Qreq Norman (qolf) - 815 milyon
16. Mayk Tayson (boks) – 775 milyon
17. Aleks Rodriges (beysbol) - 650 milyon
18. Menni Pakyao (boks) - 630 milyon
19. Kevin Dürant (basketbol) - 625 milyon
20. Lüis Hemilton (avtoyarış) - 620 milyon
21. Neymar (futbol) - 615 milyon
22. Ceff Qordon (avtoyarış) - 595 milyon
23. Oskar De La Hoyya (boks) - 580 milyon
24. Peyton Menninsq (Amerika futbolu) - 570 milyon
25. Derek Citer (beysbol) - 555 milyon