“Bursaspor”un idarə heyətinin üzvü Şevket Kaydı istefa verib.
“Football-plus.az” saytının məlumatına görə, “ağ-yaşıllar”ın rəsmisi bu informasiyanı öz şəxsi tvitter hesabında paylaşıb.
Şevket Kaydı atdığı addımı belə izah edib:
"Böyük şərəflə öhdəliyimə götürdüyüm “Bursaspor”un idarə heyətindəki vəzifəmdən imtina edirəm. Məni buna layiq görən, bu işlərdə mənə dəstək olan hamıya təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov "Bursaspor"da çıxış edir.