“Mançester Yunayted” rəhbərliyi komandaya yeni çalışdırıcı axtarır.
Premyer-liqanın son turunda əzəli rəqib “Mançester Siti”yə evdə 0:2 hesablı məğlubiyyət Ole Qunnar Sulşerin mövqeyini bir qədər də zəiflədib. Yerli və İspaniya mənbələri klubun dərhal Zinəddin Zidanla əlaqə qurduğunu iddia edir. Deyilənə görə, “Yunayted” rəhbərliyi ona irəli sürdüyü təklifə rədd cavabı alıb.
Qeyd edək ki, fransalı mütəxəssis “Real”ı tərk edəndən sonra heç bir komandanı çalışdırmayıb.