"Futbolçularımı təbrik edirəm. Çox vacib oyun idi. Bəzi futbolçularımız meydanda olmasa da, komandamın çıxışından razı qaldım. Azarkeşlərimizə isə təşəkkür edirəm".


“Football-plus.az” xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, Toral Bayramovun yoxluğunda Kevin Medinanın sol cinahda yer alması nəzərdə tutduqları variantlardan biridi:

"Bəzi futbolçuları lazım gəldikdə, müxtəlif mövqelərdə sınayırıq. Bəzən zədələr olduqda bunlardan yararlanırıq. Maksim Medvedevə isə bəzi tapşırıqlar verilmişdi. Ona görə o, cinahda çıxış etmədi. Bəzi detallar var ki, bunları burda xırdalamasaq yaxşıdı"


Qurbanov oyundan-oyuna statistika apararaq, kimlərin nə vaxt yorulduqlarına baxdıqlarını, həmçinin qış fasiləsindəki transfer məsələsinə toxundu:

"Bu dəfə məni Ramil Şeydayev və ya Musa Qurbanlının qol vurması yox, qələbə sevindirdi. Şeydayev artıq daha inamlı olmağa başlayır. Onun istəyi və bizim tələblərimiz Ramilə daha da güc verir. Bu tempi qorumaq asan deyil. Hər oyunda qalib gəlmək istəyirsən. Qışda da çalışacağıq ki, heyətə bir neçə oyunçu cəlb edək. Yayda alınmayan variantların qışda baş tutmasını istərdik".


Baş məşqçi azarkeşlər barədə də fikirlərini bildirib, Samir Abasovun “Neftçi TV”yə açıqlamasında onu nümunə göstərməsinə toxunub:

"Etik qaydalara əməl etməyi xoşlayıram. Düşünürəm ki, qarşıda daha maraqlı şüarlar eşidəcəyik. "Neftçi"nin baş məşqçisi Samir Abasov barədə fikirlərin olmamasının tərəfdarıyam. Hər dəfə bir fikri təkrarlayanda dəyəri aşağı düşür. Özünə göstərilən qırmızı vərəqəyə görə belə deyib. Abasovla münasibətimiz çox yaxşıdı. Mənim barəmdə ona, onun barəsində isə mənə sual verilməməsi yaxşı olardı. Hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar”.
Qurban bəy Zəfər günü barədə də fikirlərini bölüşüb:


"Bu zəfərə həddindən artıq sevindim. Torpaqlarımızın başqasının əlində olması bizə pis təsir edirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nə qədər çox söz desək, onların qəhrəmanlıqlarını ifadə etməyə yetməz. Bu xalqın adı geri qayıtdı. Müzəffər Ordumuz, Ali Baş Komandanımızın uğuruna çox sevinirik. Bura gələndən hər zaman özümü narahat, komandamız üzərində təzyiq hiss etmişəm. Lakin bu gün mən çox rahatam, daha da ürəkli və istəkliyəm. Nə qədər qalib gəlsək də, çalışsaq da narahatlığımız var idi ki, torpaqlarımız düşmən əlindədi. O qədər düşünürdük ki... İndi isə uduzmaqdan qorxmuram. Biz xalq olaraq özümüzü qalib hiss edirik. Bir il ərzində evimdə, ailəmdə, komandamda hər gün zəfərdən danışırıq. Daim internet qaynaqlarında ordumuzun qəhrəmanlığını izləyirəm. Bunun qarşılığını verə bilmərik. Artıq övladlarımız dünyaya qəhrəman kimi gələcəklər. İndi özümüzdən danışmağa başlayacağıq. Ağdamın təmsilçisi olaraq çalışmışıq ki, bu adı əxlaqımızla meydanda və meydandan kənarda da layiqincə qoruyaq, hamıya nümunə olaq. Çox şadam ki, belə bir zəfər qazandıq. Rəhbərliyimizə təşəkkür edirəm ki, belə çətin dönəmdə klubumuzu qorudular. Artıq hamı qəbul edir ki, "Qarabağ - Azərbaycandı! Bütün xalqımızı təbrik edir, övladlarını itirən analarımıza təşəkkür edirəm ki, belə övlad yetişdiriblər".


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər