İndi MHL-də ab-havanı müəyyənləşdirən 5 hokkeyçi varsa, bunlardan ikisi Konnor Makdevidlə Aleksandr Oveçkindi.
“Neşvill” ilə srağagünkü oyunda iki qol ötürməsi verən “Edmonton”un hücumçusu məhsuldar oyunlar seriyasını 9-a çatdırdı. 24 yaşlı Makdevid “Edmonton” tarixinə mövsümün startındakı ardıcıl 9 oyunda xal toplayan 4-cü hokkeyçi kimi düşdü. Əvvəllər bu Qlenn Anderson (1981/82 mövsümündə), Ueyn Qretski (1982/83, 1983/84, 1984/85 və 1985/86) və Semu Qanye (2012/13) bacarıb.
“Vaşinqton” ardıcıl 2-ci məğlubiyyəti “Florida”dan aldı. Ancaq “Kepitalz”ın rusiyalı kapitanı Oveçkin müntəzəm çempionatda 740-cı qolunu vurmaqla snayperlər siyahısının 4-cü pilləsində qərarlaşan Brett Halla (741) bir addım da yaxınlaşdı.