İngiltərə yığmasının azarkeşi yolverilmız çıxışına görə həbs olunub.
Conatan Best bu yay keçirilən Avropa çempionatının finalından sonra Markus Reşford, Ceydon Sanço və Bukayo Sakanı təhqir etdiyi üçün ömrünün 10 həftəsini həbsxanada keçirəcək. Xatırladaq ki, iyulun 11-də Londonda İtaliya ilə keçirilən finalın əsas və əlavə vaxtı 1:1 hesabı ilə nəticələndiyi üçün qaçılmaz olan penalti seriyası ingilislər üçün minor notda sona çatmışdı: Reşford, Sanço və Sakanın hədəfə düşə bilməməsi “lotereya”da İtaliyanın 3:2 hesablı üstünlüyünə və çempionluğuna şərait yaratmışdı.
Best final matçından sonra “feysbuk”da canlı efirə çıxaraq milli futbolçuları irqçi təhqirlərə məruz qoymuşdu. 52 yaşlı azarkeşin videonu sosial şəbəkədən ləğv etməməsi həmkarını polisə şikayətlənməyə vadar etmişdi. Maraq üçün onu da bildirək ki, bu çarx “feysbuk”dan üç gündən sonra götürülmüşdü.