Mauritsio Sarrinin “Latsio”nu daha uzun müddətdə çalışdırmaq imkanı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, o, paytaxt klubuna bu yay təyinat alsa da, rəhbərlik artıq baş məşqçi ilə müqaviləni yeniləmək qərarına gəlib. İtaliya mediasının yaydığı xəbərə görə, bosslar 62 yaşlı mütəxəssisin işindən razıdılar. Artıq onunla danışıqlara start verilib. Sarrinin yeni sözləşməsinin 2025-ci ilin yayına qədər nəzərdə tutulduğu məlum olub. Roma klubunun yeni müqaviləni gələn həftə rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, Sarrinin mövcud müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdi. Onun komandası hazırda A seriyasında 11 oyuna 18 xalla 6-cı yeri tutur.