"Qarabağ"ın iki futbolçusu milli komandalarına dəvət edilib.
"Football-plus.az" saytının məlumatına görə, Marko Veşoviç Monteneqro, Patrik Andrade isə Kabo Verdenin DÇ-2022-ni seçmə mərhələdə keçirəcəyi matçların iştirak ərizəsinə salınıb.
Qeyd edək ki, Veşoviçin komandası noyabrın 13-də Niderland, 16-da isə Türkiyə ilə qarşılaşcaq. Andradenin şərəfini qoruduğu Kabo Verde isə noyabrın 13-də Mərkəzi Afrika Respublikası və 16-da Nigeriya ilə üz-üzə gələcək.