Bu gün baş tutacaq “Qarabağ”la ev oyununda “Sumqayıt” ilkə imza ataraq bilet satışı təşkil edib.
Klubdan “Football-plus.az”a verilən xəbərə görə, satışa 600 bilet çıxarılıb. Bundan isə 80-ni qonaqlara verilib. Onu da qeyd edək ki, “kimyaçılar” ağdamlılara jest edərək biletləri pulsuz təqdim edib. Xatırladaq ki, “Kapital Bank Arena”da keçiriləcək oyunun start fiti, saat 19.30-da səslənəcək.