İngiltərə çemionatında növbəti məşqçi istefası rəsmiləşib.
"Football-plus.az" saytının məlumatına görə, “Norviç” rəhbərliyi Daniel Farke ilə yolları ayırmağı lazım bilib. Maraqlıdı ki, bu qərar komandanın premyer-liqada ilk qələbəsini qazanmasından sonra açıqlanıb. “Norviç” şənbə günü səfərdə “Brentford”a 2:1 hesabı ilə qalib gəlmişdi. Bu qələbə sayəsində Farkenin artıq keçmiş komandası xalını 5-ə çatdırsa da, hələ də sonuncu – 20-ci yerdədi.
Alman mütəxəssis “Norviç”i 2017-ci ilin mayından çalışdırırdı. “Sarıbülbüllər”ə ötən müddətdə 208 oyunda başçılıq edən 45 yaşlı Farke komandanı iki dəfə premyer-liqaya çıxarmışdı.