“France Football” həftəliyi Lionel Messi ilə bağlı yayılan xəbərə reaksiya verib.
Cümə günü RTP-nin məlumatında onun bu il “Qızıl top”u 7-ci dəfə qazanacağı bildirilmişdi. Bu mənbə artıq futbolçuya müsabiqənin qalibi olduğu haqda məlumat verildiyini qeyd etmişdi. Buna sübut kimi Messinin artıq nüfuzlu mükafatın təsisçisi olan “France Football” həftəliyinə bu ilki laureat kimi müsahibə verdiyi göstərilmişdi. Xatırladaq ki, Messi sona yaxınlaşan ildə Argentina yığmasıyla Amerika Kubokunda qalib gəlib. İspaniya çempionatında sabiq klubu “Barselona”nın formasında vurduğu 30 qolla ötən mövsümün ən yaxşı bombardiri olub və ölkə kubokunu qazanıb.
Lakin “France Football” Messi ilə bağlı təkzib verib. Nüfuzlu nəşrin baş redaktoru Paskal Ferre məlum informasiyanın həqiqətəuyğun olmadığını bildirib:
Xatırladaq ki, daha əvvəl bu il Robert Levandovskinin (Bavariya) “Qızıl top”a layiq görüləcəyi iddia edilmişdi. Yeri gəlmişkən, bu mükafatın təqdimat mərasimi noyabrın 29-da Parisdə təşkil ediləcək. Gözləyək...
“France Football” Messi ilə bağlı təkzib verdi
“Bu, tamamilə cəfəngiyatdı. Artıq on gündü beynəlxalq KİV-də bu tip iddiaları müşahidə edirik. Böyük uydurmadı”.