İkinci dövrənin ilk görüşündə, daha dəqiq desək, 8-ci tur çərçivəsində baş tutan “Sabah”la görüşdə hakimə qarşı təcavüzkar davranışa görə meydandan qovulan “Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayevin oyunluq cəzalandığından xəbəriniz var.
“Kimyaçılar”ın İntizam Komitəsinin qərarından narazı qaldığını və yarımmüdafiəçiyə görə apellyasiya şikayətini verdiyini sizlərə çatdırmışdıq.
“Football-plus.az”ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, “gənclik şəhəri”nin təmsilçisinin şikayəti qəbul edilməyib və 5 oyunluq cəza qüvvədə qalıb.