Premyer-liqada 10-cu turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, "Neftçi" səfərdə "Keşlə"nin qonağı olub. Qonaqlar 2:0 öndə olsalar da, ev sahibi geridönüş edərək 3:2 hesabı ilə qələbə qazanıb. Oyundan sonra "Neftçi"nin baş məşqçi Samir Abasovun köməkçisi Mübariz Orucov fikirlərini deyib:
Orucov qapıçı Kamran İbrahimovun çıxışına da toxunub:
"Yarışdan qopmamışıq, sonadək mübarizə aparacağıq" - Mübariz Orucov
"Zəfər günü münasibətilə xalqımızı təbrik edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Oyuna yaxşı başladıq. Amma hesab bərabərləşdikdən sonra oyunumuz alınmadı. Zədəlilərimiz var idi. Sabir Buqrin və Ömər Buludov zədədən əziyyət çəkirdi. Yusuf Lavalın da problemi var idi, amma şans verdik. Rəqibin qolundan sonra oyun ağırlaşdı. Məcburiyyətdən etdiyimiz rotasiyaların damənfi təsiri oldu. "Qarabağ"a məğlubiyyətdən sonra komandanı toparlamaq lazım idi. Yarışdan qopmamışıq. Sonadək mübarizə aparacağıq".
Gəncdi, hamımız onu dəstəkləyirik. Əslində onun qapıda dayanması da məcburi dəyişiklik idi. Aqil Məmmədov məşqdə zədələnmişdi. Öz uşağımızdı, səhvləri ola bilər. Bu da təcrübədən qaynaqlanır".