Premyer-liqada 10-cu turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, Peşəkar Futbol Liqası qələbənin ildönümü münasibətilə 10-cu turun “Zəfər turu” elan edilməsiylə bağlı qərar qəbul edib. Bu gün keçirilən "Sabah" - "Zirə" matçında futbolçular "Zəfərin mübarək, Azərbaycan" yazılı köynəklərlə meydana çıxıblar.