Premyer-liqanın 10-cu turunda ilk oyun baş tutub.

"Football-plus.az" saytının məlumatına görə, "Zirə" səfərdə "Sabah"ın qonağı olub. Komandalar meydandan "sülhlə" ayrılıb. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında oyun haqda danışıb:

"Oyunu bir neçə hissəyə bölmək olar. Gözlənilməz qol buraxdıqdan sonra, futbolçular ruhdan düşmədi. Onlarda inamsızlıq yaranmadı. Tam əksinə, əzmkarlıq göstərib, hücuma atıldılar. Demək olar ki, 15-20 dəqiqə meydanda dominant "Zirə" gördük. Qol da vurduq. Ən vacibi odur ki, düşünülmüş kombinasiyalardan vurulurdu qollar. Sadəcə, sonrakı epizodlardan istifadə edə bilmədik. Beləliklə, oyunumuzda passivlik yarandı. Lazım olan təzyiqi yarada bilmirdik komanda üzərində. Bilirdik ki, rəqibin heyətində keyfiyyətli oyunçular var. Bu futbolçulara rahat oynamağa imkan versək çox asanlıqla qol epizodu yaradacaqdılar. 20-ci dəqiqədən sonra bizdə müdafiədə passivlik yarandı. Nəticə də qapımızda iki qol gördük. Amma ilk hissədən sonra inanırdıq ki, oyunda dəyişiklik yarada bilərik. Ruhdan düşməmişdik. İkinci hissə başlayan kimi qol epizodu yaratdıq. Rəqibin heyətində Kamaranın ehtiyatsız hərəkətindən sonra ikinci sarı kartla qırmızı alması meydanda bizim say üstünlüyümüzü yaratdı. Bundan istifadə edə bildik. "Sabah" 10 nəfər qaldıqdan sonra tamamilə qapanmışdı. Bir xalla ayrıldıq. Bizim üçün bu səfərdən bu nəticə pis deyil".


Daha sonra çalışdırıcı jurnalistlərin suallarını cavablayıb.

- İkinci hissənin əvvəlində Sərkanın əvəzlənməsi taktiki gediş idi ya səhvinə görə?

- Yox, səhvinə görə deyil. Taktiki gediş idi. Həm mərkəzdə aqressiyanı artırmaq istədim. Kamara, İsayevi nəzərə alıb elədim. Bilirdim rəqib əks-hücumlar edəcək. Qismətidə kənara çəkib, cinahda rəqib üzərində üstünlük yaratmaq üçün bu dəyişikliyə getdim.

- De Byazinin sizin tənqiddən nəticə çıxardığını düşünmək olarmı? Çünki yığmanın heyəti hələ açıqlanmayıb.

- Tənqid deyildi. Qeyd idi o. İstəyirdik ki, oyundan öncə açılmasın. Yaxşı oldu ki, bu dəfə nəzərə alındı. Heç vaxt belə bir şey olmamışdı. Yəqin ki, diqqətdən qaçıb.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər