“Qarabağ” meydandakı oyunu, daha dəqiqi, qələbəsi ilə hər kəsi sevindirdi, özü, ölkəmiz adına tarixi uğura imza atdı.

Bəs "köhlən atlar"ın məşqçi-futbolçu heyəti, düşərgəsi qələbəni kamera arxasında necə qeyd edib? Qazaxıstanda oyunsonrası ab-hava necə idi? Bu suallarla bağlı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Təəssüratdan daha çox emosiyalar yadda qalıb. Həmin hissləri isə sözlə ifadə etmək çox çətindi. Biz təyyarədə olarkən "Bazel"in Kiprdə xal itirdiyini öyrəndik. Əmin olduq ki, qrupdan pley-offa vəsiqəni artıq təmin etmişik. Bu xəbəri eşidəndən sonra başqa bir sevinc yaşadıq. O hissi də izah etmək çox çətindi. Dünənki soyuğun fonunda "Qarabağ"ın qələbəsi hər birimizi isitdi".


Gündüz bəylə danışmışkən, komandanı dəstəkləmək üçün stadiona nə qədər azərbaycanlı azarkeşin gəldiyini də soruşduq:

"Bizdə olan məlumata görə, 100-ə yaxın azarkeş var idi. Sadəcə, təəssüflər olsun ki, fərqli sektorlarda oturan azərbaycanlı fanatlar da var idi. Qaldığımız otelə hər gün çoxlu soydaşımız gəlirdi. Qurban Qurbanov, komandanın futbolçuları ilə görüşmək, şəkil çəkdirmək istəyənlər var idi. Təəssüf ki, biz iş başında olduğumuzdan bir çoxu ilə imkan tapıb görüşə bilmədik. Fürsətdən istifadə edib, bizi dəstəkləyən, Qazaxıstanda yaşayan həmyerlilərimizə təşəkkür edirik. Demək istəyirəm ki, anlayış göstərmələrini xahiş edirəm. Çünki biz ora gəzməyə yox, işə görə getmişdik. Hərənin üzərinə düşən müəyyən iş var idi. Ona görə alınmadı bəzi azarkeşlərlə görüşmək".


Oyunun gedişində Kadinin rəqib futbolçu ilə mübarizə zamanə başına aldığı zərbədən huşunu itirdiyini gördük. Gündüz bəyin dedikləri:

"Kadi oyunun ilk hissəsində, başına aldığı dirsək zərbəsindən huşunu itirmişdi. Hətta fasilədə də özündə deyildi, başgicəllənməsi var idi. Buna rəğmən, ikinci hissəyə çıxdı. Daha sonra məşqçilər korpusu risk etməməyi qərara aldı. Kadi indi yaxşıdı. Növbəti oyunlarda da onun üçün bir problemi olmayacaq".


GÜNAY VƏLİYEVA

Son xəbərlər

Emin Ağayev: “Tibbi komissiyadan keçirdilər, paltar və ayaqqabı ölçülərimi götürdülər” - MÜSAHİBƏ

Zubir: "Fransa klubuna qol vurmaq özəldi" - VİDEO

Simeoneyə etimad tükənməyib

"Hərbçilər" gəncəliləri məğlub etdi - VİDEO

22-ci "Səbail" - "Qəbələ" duelinə doğru

Mövsümün sonunda “İnter”dən gedəcək

Tahir Süleymanov almanları hakimlərimizə nümunə göstərdi

Türkiyə Avropada gənclərə ən az şans verən ölkədi!

Laviolett Oveçkini təriflədi

Misirdə Olimpiada keçiriləcək?

Doğma klubunun idman direktoru olacaq

"Yığmada baş məşqçi əcnəbi olacaqsa, mütləq iki yerli onun köməkçisi olmalıdı" - Ağasəlim Mircavadov

Di Mariya ilə bağlı qərar verildi

Autsayder komandada yeni baş məşqçi

UEFA-dan "Olimpiakos" - "Qarabağ" oyunu ilə bağlı mühüm qərar

İcra Hakimiyyəti bu klubun işıq borcunu həll edib

"Turan Tovuz" futbolçuları məktəblilərin qonağı oldu

Samir gəldi, zülm bitdi? - KÖŞƏ

Azərbaycan klubu Kuarejma ilə maraqlanır?

Xayme Romero İspaniya klubunda

“Yuventus” onu almaq istəyir

Özilin durumuna aydınlıq gəldi

“Fənərbaxça”dan BƏƏ-yə

“Turan Tovuz” məktəblilərlə görüşdü

Dünya çempionatının oyunları İctimai TV-də

Taekvondoçumuz Avropa çempionu oldu

Messi PSJ-dən ayrılır?

A Seriyasında ilk

Lyaiç Türkiyədə qaldı

Boksçularımız 1/4 finalda

Benzema üç mükafatın sahibi oldu

Bundesliqa klubunda yeni müqavilə

Millimiz olimpiadada 5 komanda ilə təmsil olunacaq

İstanbul derbisini idarə edəcək hakimlər açıqlandı

“Araz Naxçıvan” "Sumqayıt-2"ni, "Şamaxı-2" "Mingəçevir"i böyük hesabla məğlub etdi - YENİLƏNİB

Messi Ronaldonun rekordunu təkrarladı

Millətlər Liqasında yüksələnlər və enənlər müəyyənləşdi

"Barselona" yeni transferinin xidmətindən 1 ay yararlana bilməyəcək

Ardıcıl 5-ci dəfə penaltini dəf etdi, tarixə düşdü

Xavi ilə Pike arasında gərginlik

İdmançımız Gürcüstanda gümüş medal qazandı

"Real Madrid"in ən yaxşı futbolçusu o seçildi

Cüdo millimizin üzvü bu klubla müqavilə imzaladı

"Fənərbaxça" onunla yollarını ayırdı

"Turan Tovuz"un futbolçusu milli komandası ilə qələbə qazandı

Bütün xəbərlər