Premyer-liqada 10-cu tura start verilir.
"Football-plus.az" saytının məlumatına görə, "Sumqayıt" "Qarabağ"a qarşı keçirəcək matç üçün bilet satışı həyata keçirir. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Bildirilib ki, artıq oyunun biletləri satışa çıxarılıb.
Qiyməti 2 manat olan biletləri "Kapital Bank Arena"nın kassalarından almaq olar.
Qeyd edək ki, noyabrın 7-də oynanılacaq "Sumqayıt" - "Qarabağ" görüşü saat 19.30-da başlayacaq.