Avropa Liqasının “Marsel” ilə oyunu Çiro İmmobile üçün əlamətdar olub.
“Latsio”nun hücumçusu Fransada keçirilən və 2:2 hesabı ilə sona çatan matçda komandasının ikinci qolunun müəllifi olub. O, paytaxt klubunun formasında 160-cı qolunu vurmaqla Silvio Piolanın rekordunu yeniləyib. “Latsio”nun şərəfini 1934-43-cü illərdə qorumuş Piola 159 qolu 243 matçda vurub. Ağ-mavi formanı 2016-cı ildən daşıyan 31 yaşlı İmmobileyə isə klubun yeni rekordçusu olması üçün 233 matç keçirmək kifayət edib.