DÇ-2022-nin seçmə mərhələsində millimiz Lüksemburqla qarşılaşacaq.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmanın startına qısa müddət qalsa da, yığmanın heyəti hələ də açıqlanmayıb. Oktyabrda "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov qeyd etmişdi ki, premyer-liqa oyunlarından öncə heyətin açıqlanması düz deyil. Çünki milliyə çağrılmağa ümid edən futbolçular adlarını siyahıda görməyəndə psixoloji sarsıntı keçirirlər. Bunun nəticəsi kimi də çempionat oyununda zəif çıxış edirlər. Noyabrın 11-də Lüksemburq, 14-də isə Qətərlə baş tutacaq matçların heyətinin hələ də açıqlanmaması bəzi suallar doğurur. Görəsən, De Byazi Rəşad Sadıqovun tənqidindən nəticə çıxarıb? Yığmanın heyəti bu səbəbdən açıqlanmayıb? Suala cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
GÜNAY VƏLİYEVA