İtaliya çempionatında oktyabr ayının ən yaxşı məşqçisi məlum olub.
“Milan”ın çalışdırıcısı Stefano Pyoli bütün həmkarlarını qabaqlayıb. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Pyolinin komandası ötən ay bu liqada keçirdiyi 5 oyunun hamısında qalib gəlib. “Milan” arxada qalan 11 turda yığdığı 31 xalla “Napoli” ilə birlikdə şərikli liderdi.