Bakıda keçirilən Böyük Dəbilqə turniri davam edir.
"Football-plus.az" saytının məlumatına görə, ilk yarış günündə cüdoçularımız 3 medal qazanıb.
57 kq-da mübarizə aparan İçinxorlu Muntsxedev medal uğrunda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib.
Azərbaycan cüdoçusu Orxan Səfərov Bakıda keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 66 kq-da çıxış edən idmançı finalda moldovalı Denis Vieruya ipponla qalib gələrək çempion olub.
Rövşən Əliyev bürünc medal görüşünə çıxıb. 60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb və medala sahib çıxıb.