Konfrans Liqasında 4-cü turun oyunlarına yekun vurulub.
"Football-plus.az" saytının məlumatına görə, "Qarabağ" səfərdə "Kayrat"ın qonağı olub. Ağdam təmsilçisi görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. "Köhlən atlar"ın 2 futbolçusu Konfrans Liqasının ən yaxşıları sırasında yer alıb.
Müdafiəçilər Maksim Medvedev və Kevin Medina 4 turda rəqibdən topu ən çox alan futbolçular olub.
Qrup mərhələsində 39 dəfə rəqib hücumunun qarşısını kəsən kapitan Medvedev “Yablonets”in müdafiəçisi Yaroslav Zeleni ilə liderliyi bölüşür. Medinada bu göstərici 35-ə bərabərdir. Kolumbiyalı futbolçu “Gent”in üzvü Nqadeu-Nqadyui ilə birlikdə 3-cü yerə şərikdi.