"Mançester Siti"nin sahibi Şeyh Manour bin Zayed Al Nahyan daha bir klubun səhmini almaq istəyir.
"Football-plus.az" saytının məlumatına görə, rəhbəri olduğu "City Football Group"un təmsilçiləri ötən həftə "Spartak"ın baş meneceri ilə görüşüb. Mançester təmsilçisinin sahibinin Rusiya klubunun səhmlərinin 20 faizini almaq istədiyi deyilir. Razılıq əldə olunacağı təqdirdə, "City Football Group"un klublarının sayı 11-ə yüksələcək. Qrup "City Football Group" "Mançester Siti"i başda olmaqla, "Nyu-York Siti", "Melbörn Siti" (hər ikisi ABŞ), "Yokohama F Marinos"(Yaponiya), "Montevideo Siri Torque"(Uruqvay), "Jirona"(İspanya), Siçuan Jiuniu(Çin), Mumbai Siti (Hindistan), "Lommel SK" (Belçika) və "Trua" (Fransa) klublarının sahiblərindəndi.