Artıq Xavi Ernandesin “Barselona”ya təyinatı üçün heç bir problem qalmayıb.
Bu gün İspaniya klubunun rəsmilərindən idman məsələləri üzrə vitse-prezident Rafo Yuste və direktor Mateu Alemani “Əl-Sədd” rəhbərliyi ilə görüşüblər. Danışıqların uğurla keçdiyi bildirilir. “Barselona” Xavinin baş məşqçi vəzifəsinə təyinatını cümə günü elan etməyi planlaşdırır. 41 yaşlı mütəxəssis bir neçə gün əvvəl istefaya göndərilən Ronald Kumanın yerini tutacaq. Onun vaxtilə futbolçu kimi şərəfini qoruduğu “Barselona”nın çalışdırıcısı kimi debütü İspaniya çempionatının noyabrın 20-nə təyin olunan “Espanyol” ilə matçına təsadüf edəcək.
Səbəbkarın doğma klubuna gözlənilən təyinatına verdiyi şərhi belə olub: