UEFA Çempionlar Liqasında bu həftənin rəmzi komandasını açıqlayıb.
Qitə futbol qurumunun saytının yaydığı məlumata görə, rəmzi komandaya 11 klubun üzvləri layiq biliniblər. Qrup mərhələsinin 4-cü turunun oyunlarında özünü ən yaxşı tərəfdən göstərənlərin siyahısı aşağıdakı kimidi:
Qapıçı: Odisseas Vlahodimos (Benfika).
Müdafiəçilər: Joao Kanselu (Mançester Siti), Ridle Baku (Volfsburq), Trent Aleksander-Arnold (Liverpul).
Yarımmüdafiəçilər: Pedru Qonsalveş (Sportinq), Etyen Kapu (Vilyarreal), Corcinyo Viynaldum (PSJ).
Hücumçular: Paulo Dibala (Yuventus), Robert Levandovski (Bavariya), Kriştiano Ronaldo (Mançester Yunayted).