Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda Almatıda “Qarabağ”a qarşı keçirilən oyundan sonra mətbuat konfransına qatılıb.
"Football-plus.az" saytının məlumatına görə, təcrübəli mütəxəssis məğlubiyyəti şərh edib:
“Çətin oyun oldu. Rəqib çərçivəyə iki zərbə vurdu, hər ikisi qol oldu. Oyunumuzun keyfiyyətindən razıyam, nəticədən yox. İki əks-hücum buraxdıq və qol oldu”.