Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Həsrət Cəfərov Dünya Güləş Birliyinin saytına açıqlama verib.
“Football-plus.az” saytının məlumatına görə, yunan-Roma güləşi millimizin üzvü məqsədinin kişilər arasında da uğurlar qazanmaq olduğunu deyib:
Qeyd edək ki, Həsrət Cəfərov avqustda Rusiyanın Ufa şəhərində təşkil olunan gənclər arasında dünya çempionatında da qızıl medal qazanıb. 20 yaşlı pəhləvan Belqradda final görüşündə iranlı Asiya çempionu Məhəmməd Rezayini məğlub edib.