Bu günlərdə Paulo Dibalanın klubu ilə yeni müqavilə üzrə danışıqlarda prinsipial razılığa gəldiyi xəbər verilmişdi.
Artıq bu məsələyə tam aydınlıq gəlib. Argentinalı futbolçunun agenti yeni sözləşməni rəsmiləşdirmək üçün iki həftə ərzində İtaliyanın Turin şəhərinə gələcək. 27 yaşlı hücumçunun “Yuventus” ilə mövcud müqaviləsinin müddəti 2022-ci il iyunun 30-na qədərdi. Tərəflər artıq əməkdaşlığın müddətini 2026-cı ilin yayına qədər artırmaqla bağlı razılığa gəliblər. Paulo yeni müqaviləyə əsasən 8,5 milyon avro maaş alacaq. Onun yeni sənədi imzalayandan sonra bonuslar çərçivəsində ilə daha 1,5 milyon avro qazanmaq imkanı da olacaq.