İsveçrənin Baş Prokurorluğu sabiq funksionerlərə qarşı ittiham irəli sürüb.
FİFA-nın sabiq prezidenti Yozef Blatter ilə onun UEFA-dan olan keçmiş həmkarı Mişel Platini fırıldaqçılıqda ittiham olunurlar. Rəsmi məlumatda belə deyilir:
Qeyd edək ki, bu ittiham heç də yeni deyil. Sabiq funksionerlər FİFA-nın xəzinəsindən 2011-ci ilin əvvəlində “yoxa çıxan” 2 milyon İsveçrə frankına görə postlarını itirmişdilər. Blatter 1998-2002-ci illərdə Platininin ona məsləhətçi kimi kömək etməsinin əvəzində FİFA-nın xəzinəsindən həmin vəsaiti fransızın hesabına köçürmüş, lakin bu əməliyyatı ali futbol qurumunun illik maliyyə hesabatına daxil etməmişdi. Buna görə futbolla bağlı fəaliyyətinə müəyyən vaxtda qadağa qoyulan Blatter ilə Platini indi cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Hər halda İsveçrənin Baş Prokurorluğu uzun müddət aparılan təhqiqat nəticəsində həmin ödəmənin əsassız olduğu qənaətinə gəlib və toplanan materialları ölkənin Federal Cinayət Məhkəməsinə təqdim edib.