Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında mübarizə davam edir.
"Football-plus.az" saytının məlumatına görə, Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov final görüşünə çıxıb. 67 kq-da mübarizə aparan idmançı Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov qızıl medala sahib çıxıb.